Yuxarı

​Belarus prezidenti: "Qərblə münasibətimizi yaxşılaşma kimi dəyərləndiririk"

Biz istəyirik ki, həm Avstriya, həm də Qərb Belarusa yaxınından baxsın

Bakı. 4 may. REPORT.AZ/ "Qərblə münasibətlərimiz yaxşılaşmağa başlayıb". "Report" BBC-yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"İndiki səviyyədə münasibətimizi müəyyən mənada yaxşılaşma kimi xarakterizə edirik", - A.Lukaşenko Avropa İttifaqının inteqrasiya və xarici işlər məsələləri üzrə naziri Sebastyan Kuretslə görüşündə deyib.

Onun sözlərinə görə, əvvəllər ölkələrin hədəfi bir-biri ilə yaxşı münasibət qurmaq idi: "Ancaq sonradan Qərb taktikasını dəyişdi".

"Biz istəyirik ki, həm Avstriya, həm də Qərb Belarusa yaxınından baxsın və bu istiqamətdə doğru addımlar atsın ", - o vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi