​Belarus prezidenti Gürcüstana səfər edəcək

​Belarus prezidenti Gürcüstana səfər edəcək Səfər Belarus tərəfin təşəbbüsü ilə gerçəkləşdirilir
Region
17 Aprel , 2015 14:29
​Belarus prezidenti Gürcüstana səfər edəcək

Bakı. 17 aprel. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 23-24-də Gürcüstana səfərə gedəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsü David Kereselidze bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Aleksandr Lukaşenko Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlamentin sədri David Usupaşvili ilə görüşəcək.

Nazirlik təmsilçisi deyib ki, A.Lukaşenko ilə birlikdə Gürcüstana Belarus iş adamları da səfər edəcək. Belarus prezidentinin Batumiyə getməsi də nəzərdə tutulub.

Səfər Belarus tərəfinin təşəbbüsü ilə gerçəkləşdirilir. 

Son xəbərlər

Orphus sistemi