Belarus parlamenti xaricdə hərbi əməliyyatlarda iştirakı yasaqlayan hərbi doktrina qəbul edib

Belarus parlamenti xaricdə hərbi əməliyyatlarda iştirakı yasaqlayan hərbi doktrina qəbul edib Müdafiə naziri: "Xaricdə hərbi əməliyyatlarda bu cür iştirak heç bir zaman olmayacaq"
Region
4 Aprel , 2016 19:38
Belarus parlamenti xaricdə hərbi əməliyyatlarda iştirakı yasaqlayan hərbi doktrina qəbul edib

Bakı. 4 aprel. REPORT.AZ/ Belarus Milli Məclisinin Nümayəndələr Palatası "Belarus Respublikasının Hərbi Doktrinasının təsdiqi haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə "Report" xəbər verir.

Belarusun müdafiə naziri Andrey Ravkovun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkənin yeni hərbi doktrinası Belarus ordusunun ölkə hüdudlarından kənarda silahlı əməliyyatlarda iştirakını qadağan edir.

Nazirin sözlərinə görə, xaricdə hərbi əməliyyatlarda bu cür iştirak heç bir zaman olmayacaq.

KTMT-yə Təşkilatına Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 

Son xəbərlər

Orphus sistemi