​Belarus məhkəməsi 33 yaşlı gənc barəsində ölüm hökmü çıxarıb

​Belarus məhkəməsi 33 yaşlı gənc barəsində ölüm hökmü çıxarıb Son 7 ildə ölkədə 13 nəfər barəsində edam qərarı verilib
Region
19 May , 2016 17:46
​Belarus məhkəməsi 33 yaşlı gənc barəsində ölüm hökmü çıxarıb

Bakı. 19 may. REPORT.AZ/ Belarusun Qomel Vilayət Məhkəməsi şəhərin 33 yaşlı sakini Sergey Vostrikov barəsində edam hökmü çıxarıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qərar mayın 19-da qəbul edilib. 

Məlumata görə, S.Vostrikov zorlama və iki gənc qadının qətlində ittiham olunub.

Qeyd edək ki, Belarus Avropanın ölüm hökmünün tətbiq olunduğu yeganə ölkədir. Bu, ATƏT-lə adıçəkilən ölkə arasında münasibətlərin normallaşmasında əsas maneə sayılır.

Xatırladaq ki, 1996-cı ildə ölkədə ölüm hökmünün ləğv edilməsi haqda referendum keçirilib. Referendumda iştirak edən seçicilərin 80,5 faizi edamın qüvvədə qalmasının lehinə səs verib. 

Respublika Baş Prokurorluğunun məlumatına əsasən, 2009 və 2010-cu illərdə iki, 2011-ci ildə 3, 2013-cü ildə 4, 2015-c i ildə isə 2 ölüm hökmü çıxarılıb. Məhkəmə 2012 və 2014-cü illərdə edamla bağlı qərar qəbul etməyib. Bu il artıq iki belə hökm çıxarılıb və onlardan biri icra olunub. 

Son xəbərlər

Orphus sistemi