Baş nazirin müavini: "Belarus Azərbaycan sərmayəsinə maraq göstərir"

Baş nazirin müavini: "Belarus Azərbaycan sərmayəsinə maraq göstərir" Vladimir Semaşko 2015-ci ildə Rusiyadan 23 milyon ton neft nəql edəcəklərini vurğulayıb
Region
10 Mart , 2015 19:40
Baş nazirin müavini: Belarus Azərbaycan sərmayəsinə maraq göstərir

Bakı. 10 mart. REPORT.AZ/ "Belarus builki neft ehtiyacını Rusiyadan idxal hesabına təmin edəcək".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarusun baş nazirinin müavini Vladimir Semaşko Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, 2015-ci ildə Rusiyadan 23 milyon ton neft nəql edəcəklərini də vurğulayıb.

Xəbərdə bildirilib ki, V.Semaşko Azərbaycandan neft idxal etməyi hələlik planlaşdırmadıqların söyləyib.

Bununla belə, Belarusun Azərbaycan sərmayəsinə maraq göstərdiyini də qeyd edib: "Biz istəyirik ki, iş adamları Belarusa gəlib, neft emalı və neft-kimya komplekslərimizlə tanış olsunlar".

Son xəbərlər

Orphus sistemi