​Bəkir Bozdağ: "Türkiyə Rusiya və İsraillə ziddiyyətləri azaltmağa çalışır"

​Bəkir Bozdağ: "Türkiyə Rusiya və İsraillə ziddiyyətləri azaltmağa çalışır" Türkiyə-Rusiyayla münasibətlərinin yaxşılaşması hər iki tərəfə sərfəlidir
Region
6 İyul , 2016 22:12
​Bəkir Bozdağ: Türkiyə Rusiya və İsraillə ziddiyyətləri azaltmağa çalışır

Bakı. 6 iyul. REPORT.AZ/ "Kim ki, dünən Türkiyənin İsrail və Rusiya ilə münasibətlərinin pisləşməsini tənqid edirdi, indi həmin əlaqələrin normallaşmasına hiddətlənir". "Report" xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Yozqat vilayətindəki çıxışında deyib.

Türkiyənin hökumət rəsmisi qeyd edib ki, rəsmi Ankara hər iki dövlətlə münasibətləri normallaşdırmağa çalışır. "Sözsüz ki, tərəflərdən hər biri öz maraqların müdafiəsinə cəhd edir. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən normaldır. Türkiyə həmin ölkələrlə ziddiyyətlərin dərəcəsini azaltmağa və mehriban münasibətləri inkişaf etdirməyə çalışır". – deyə ədliyyə naziri qeyd edib.

O, bildirib ki, Türkiyə-Rusiyayla münasibətlərinin yaxşılaşması hər iki tərəfə sərfəlidir. 

Bəkir Bozdağın sözlərinə görə, Türkiyənin Misirlə əlaqələrinin normallaşması məsələsində də müsbət siqnallar var.

Son xəbərlər

Orphus sistemi