Yuxarı

​BƏƏ 29 iranlı məhbusu əfv edib

Onlar əmirlikdə müxtəlif ittihamlarla mühakimə edilərək, həbs olunmuşdular

Bakı. 11 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İran vətəndaşı olan 29 məhbusu əfv edib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Həsən Kaşkavi bildirib.

Həmin şəxslər əmirlikdə müxtəlif ittihamlarla mühakimə edilərək, həbs olunmuşdular. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi