Yuxarı

​Bayram namazı öncəsi Moskvanın Cümə məscidində tüstülənmə baş verib

Bu barədə kompleks ərazisindəki səsgücləndirici vasitəsi ilə elan olunub

Bakı. 5 iyul. REPORT.AZ/ Moskvanın Cümə məscidində Ramazan bayramı münasibəti ilə bayram namazı başlamazdan əvvəl tüstülənmə baş verib.

"Report" xəbər verir ki, bu barədə kompleks ərazisindəki səsgücləndirici vasitəsi ilə elan olunub.

"Müəssisələrdən birində tüstülənmə baş verib. Xahiş olunur təxliyə işarələri və "çıxış" lövhəciklərindən istifadə edərək sakit şəkildə binanı tərk edəsiniz", — deyə elanda bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi