Yuxarı

Bayram günləri Moskvada maşın dayanacaqları pulsuz olacaq

Bayram günləri Moskvada maşın dayanacaqları pulsuz olacaq
Bu, dekabrın 31-dən yanvarın 8-dək davam edəcək

Bakı. 31 dekabr. REPORT.AZ/ Dekabrın 31-dən yanvarın 8-dək Moskvada şəhərin park məkanına daxil olan istənilən dayanacaqda maşın saxlamaq pulsuz olacaq.

“Report” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz "Twitter" mikrobloqunda yazıb.

"Bayram günləri parkinq pulsuz olacaq. Dekabrın 31-dən yanvarın 8-dək şəhərin park məkanı zonasına daxil olan istənilən dayanacaqda maşın saxlamaq mümkün olacaq", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi