Batumidəki "TV 12" telekanalında Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub - VİDEO

Batumidəki "TV 12" telekanalında Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub - VİDEO Filmdə ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan bəhs olunur
Region
25 Dekabr , 2016 00:18
Batumidəki TV 12 telekanalında Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub - VİDEO

Tbilisi. 25 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Batumidəki "TV 12" televiziyasında Azərbaycan Prezidenti İlham Əliyevin 55 illik yubileyinə həsr olunmuş sənədli yayımlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə hazırlanan filmdə ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan geniş bəhs olunur. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi filmdə xüsusi qeyd olunur. Bildirilir ki, İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasına çıxıb, dünya miqyasındakı mövqelərini daha da möhkəmləndirib.

Bu gün Azərbaycanda mövcud olan tolerantlıq, multikultural dəyərlər bir sıra dövlətlər üçün nümunədir.

Filmdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze, muxtar respublika Ali Sovetinin sədri David Qabaidze, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov, Batumi Dövlet Universitetinin professoru Rostom Quntaishvili, elm, mədəniyyət və ictimaiyyət xadimləri Prezident İlham Əliyev ilə bağlı fikirlərini bölüşür, Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı xidmətlərindən danışıblar.

Qeyd edək ki, "TV 12" televiziyası Acarıstan Muxtar Respublikasının geniş oxucu auditoriyasına malik “AJARA PS” media holdinq qrupuna daxildir.

Son xəbərlər

Orphus sistemi