Yuxarı
    Bağlamaq

    Batumidə əhaliyə yeni qasırğa barədə xəbərdarlıq olunub

    Bu gün axşamdan başlayaraq küləyin sürəti saniyədə 20 metrə çatacaq

    Tbilisi. 6 sentyabr. REPORT.AZ/ Gürcüstanda Qara dənizin sahillərində 5 ballıq qasırğa gözlənilir.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan rəsmiləri, habelə Batumi dəniz limanı rəhbərliyi məlumat yayıb.

    Batumidə xilasedicilər dəniz kənarında istirahət edən turistlərə xəbərdarlıq edir, insanları diqqətli olmağa, mümkün qədər dənizdən kənar qalmağa dəvət edirlər.

    Bu gün axşamdan başlayaraq küləyin sürəti saniyədə 20 metrə çatacaq. Gürcüstanın qərb bölgəsində güclü yağış, külək olacaq, çaylarda suyun səviyyəsi qalxacaq, sürüşmə zonalarında aktivləşmə artacaq.

    Avqustun 31-də baş vermiş ilk qasırğa Batumi, Kobuleti və Ureki istirahət yerlərində həyatı iflic edib. Güclü qasırğanın yaratdığı daşqınlar nəticəsində otel, mehmanxana və evlərin birinci mərtəbələrinə, dükan və ictimai iaşə obyektlərinin bir hissəsinə su dolub. Bəzi yaşayış məntəqələrinə təbii qazın və elektrik enerjisinin verilişi dayandırılıb. Biri azyaşlı olmaqla iki nəfər dənizdə batıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi