Yuxarı

Baş nazirin müavini: "Türkiyədə 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib"

455 müəllim araşdırmalardan sonra işinə bərpa edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 27 715 nəfərin müəllimlik fəaliyyətinə xitam verilib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, FETÖ ilə əlaqədə şübhəli sayılan 9 464 müəllim vəzifəsindən kənarlaşdırılıb, 455 müəllim isə araşdırmalardan sonra işinə bərpa edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi