İsrailin baş naziri Rusiyaya səfər edəcək

İsrailin baş naziri Rusiyaya səfər edəcək Putinlə Netanyahunun regional və qlobal məsələlərə dair başqa mövzuları da müzakirə edəcəkləri gözlənilir
Region
22 Avqust , 2017 13:37
İsrailin baş naziri Rusiyaya səfər edəcək

Bakı. 22 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahu arasında avqustun 23-də Soçidə görüş keçiriləcək.

“Report” Kremlin saytına istinadən xəbər verir ki, Netanyahu Rusiyaya qısamüddətli işgüzar səfər edəcək.

Görüşdə terrora qarşı mübarizə, Suriya problemi və Fələstin-İsrail məsələsinin tənzimlənməsi müzakirə olunacaq. 

Putinlə Netanyahunun regional və qlobal məsələlərə dair başqa mövzuları da müzakirə edəcəkləri gözlənilir. 

Son xəbərlər

Orphus sistemi