Baş nazir: "Türkiyənin yeni hökumətinin tərkibi gələn həftənin sonlarında məlum olacaq"

Baş nazir: "Türkiyənin yeni hökumətinin tərkibi gələn həftənin sonlarında məlum olacaq" "Əsas diqqət ixracın artırılmasına yönəldiləcək"
Region
30 İyun , 2018 15:14
Baş nazir: Türkiyənin yeni hökumətinin tərkibi gələn həftənin sonlarında məlum olacaq

Bakı. 30 iyun. REPORT.AZ/ "Türkiyənin yeni hökumətinin tərkibi gələn həftənin sonlarında məlum olacaq". 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, yeni hökumətin səlahiyyətləri 2023-ci ildə bitəcək: "Seçkilər başa çatıb və Türkiyədə normal həyat davam edir. İndi bütün diqqət işə cəmlənəcək".

B.Yıldırım bildirib ki, əsas diqqət ixracın artırılmasına yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi