Yuxarı

Baş nazir: "Dövlət sərhədimizi pozan istənilən şəxsə atəş açılacaq"

Binəli Yıldırım: Türkiyə sərhədinin qanunsuz keçişı təcavüz sayılacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Türkiyə öz sərhədyanı keçid məntəqələrini gücləndirəcək və ölkə ərazisinə Nəzarət Buraxılış Məntəqəsindən kənar istənilən keçişə cəhd təcavüz aktı kimi dəyərləndiriləcək".

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım 81 əyalətin valisi ilə görüşdə vurğulayıb.

"Terrorçuluğa qarşı mübarizəmiz yeni mərhələyə keçib. Biz müdafiədən hücuma keçmişik. Səbəbindən asılı olmayaraq, türk sərəhədçiləri dövlət sərhədimiz pozan istənilən şəxsə atəş açacaq", - deyə baş nazir diqqətə çatdırıb.

O, ilk növbədə, terrorçu PKK,  İŞİD kimi qruplaşmalara qarşı daha sərt və qəti mübarizə aparacaqlarını deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi