Yuxarı

Baş nazir: “Gürcüstan tərəfdaş ölkələrlə möhkəm iqtisadi münasibətlərin qurulması üçün konkret addımlar atır”

Baş nazir: “Gürcüstan tərəfdaş ölkələrlə möhkəm iqtisadi münasibətlərin qurulması üçün konkret addımlar atır”

“Gürcüstan bölgədə bütün tərəfdaş ölkələrlə möhkəm iqtisadi münasibətlər qurmaq üçün konkret addımlar atır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria beynəlxalq Tbilisi İpək Yolu Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, region əhəmiyyətli investisiya potensialına malikdir: “Bu potensial tətbiq etdiyimiz vahid siyasət, ticarət maneələrinin azaldılması və əlaqələrin yaxşılaşdırılmasına görə böyüyür”.

G.Qaxaria yeni İpək yolunun investisiya potensialının reallaşdırılmasını həm Gürcüstan, həm də bütün iştirakçı ölkələr üçün həyatı əhəmiyyət kəsb etdiyini qeyd edib.

Baş nazir deyib ki, Gürcüstan hökumətinin əsas məqsədləri yeni iş yerlərinin və güclü orta sinfin yaradılması, sülh və sabitliyin təmin edilməsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi