Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir”

Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir” “Gürcüstana ən çox turistlər Türkiyə, Rusiya, Azərbaycan və Ermənistandan gəlir”.
Region
16 İyul , 2019 18:52
Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir”

“Gürcüstana ən çox turistlər Türkiyə, Rusiya, Azərbaycan və Ermənistandan gəlir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

O, Gürcüstanın quru sərhədi olan ölkələrdən ən çox turist qəbul etdiyini deyib: “Gürcüstan turizm sektorunun inkişafında böyük uğurlar əldə edib. Bu sahədə daha çox uğurlara nail olacağımıza əminəm. Turizm sektorunun inkişafı üçün seçdiyimiz strategiya düzgün olub”.

M.Baxtadze 2013-2019-cu illərdə Rusiyada turizm marketinq kampaniyasına xərclənən 13 mln. lari həcmində vəsaitin özünü doğrultduğunu da deyib. 

Hökumət başçısının sözlərinə görə, düzgün qərarın nəticəsində ölkədə bir sıra vətəndaşlar orta və kiçik biznes qurublar və yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, Gürcüstanın Milli Turizm Administrasiyasının son 6 ildə beynəlxalq bazarlarda marketinq kampaniyasına 70,707,893 lari vəsait sərf etdiyi açıqlanıb. Bu məbləğin 13 mln. larisi və ya 18,6%-i Rusiya bazarının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi