Baş nazir: “Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”

Baş nazir: “Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır” Tbilisi. 20 dekabr. REPORT.AZ/ “Təəssüflər olsun ki, Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”.
Region
20 Dekabr , 2018 12:24
Baş nazir: “Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”
0 : 00
0 : 00

Tbilisi. 20 dekabr. REPORT.AZ/ “Təəssüflər olsun ki, Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin illik hesabatının təqdimatında bildirib.

O deyib ki, hökumət 2012-ci ildən başlayaraq ölkənin üzləşdiyi ən çətin problem olan yoxsulluğun aradan qaldırılması üçün real addımlar atıb: “Bizim bu məsələ ilə bağlı əhəmiyyətli nailiyyətlərimiz var. Biz yoxsuluğu 10 faizə yaxın azalda bilmişik. İşsizlik də əvvəllər olduğu kimi əsas iqtisadi problem olaraq qalır və bu, ölkəmizin sürətli inkişafı üçün çətin maneədir. Təbii ki, bizim üçün əsas vəzifə yoxsulluğun aradan qaldırılmasıdır”.

M.Baxtadze Gürcüstanda əhəmiyyətli islahatların həyata keçirildiyini bildirib: “Əminəm ki, bu islahatlar bizə yoxsulluq problemini həll etməyə kömək edəcək, lakin bunun üçün zaman tələb olunur”.

Baş nazir yoxsulluqla yanaşı Gürcüstan ərazilərinin işğalını da ölkə qarşısında dayanan ən ağrılı problem adlandırıb: “Milli vəzifəmiz hər iki problemin öhdəsindən birgə səylərlə gəlmək və hər bir vətəndaşın bu məsələ ətrafında birləşməsinə nail olmaqdır. Hamı Gürcüstanda yoxsulluğun olmamasını və layiqli həyat sürmək imkanının olmasını arzu edir”.

Son xəbərlər

Orphus sistemi