Baş nazir: "ATƏT münaqişələrin tənzimlənməsində üzərinə düşən vəzifəyə əməl etməlidir"

Baş nazir: "ATƏT münaqişələrin tənzimlənməsində üzərinə düşən vəzifəyə əməl etməlidir" ATƏT sədri Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını söyləyib
Region
2 İyun , 2015 14:22
Baş nazir: ATƏT münaqişələrin tənzimlənməsində üzərinə düşən vəzifəyə əməl etməlidir

Bakı. 2 iyun. REPORT.AZ/ "ATƏT Gürcüstandakı münaqişənin tənzimlənməsində müsbət rol oynamalıdır".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili ATƏT-in fəaliyyətdə olan sədri İvits Daçiçlə Tbilisidə görüşündə deyib.

Tərəflər Gürcüstan-ATƏT əməkdaşlığını, eləcə də mərkəzi hakimiyyət tərəfindən nəzarətsiz qalan Gürcüstan əraziləri - Abxaziya və Cənubi Osetiyadakı vəziyyəti müzakirə ediblər.

"Gürcüstanın baş naziri Moskvanın qondarma Suxumi və Tsxinvali (qondarma Abxaziya və Cənubi Osetiya respublikaları ilə Rusiyanın imzaladığı müqavilələri nəzərdə tutur- "REPORT") ilə bağladığı müqavilələrə etirazını bildirib. Hökumət başçısının sözlərinə görə, ATƏT münaqişənin tənzimlənməsində fəallığını və müsbət rolunu artırmalıdır", - deyə Gürcüstan hökuməti mətbuat xidmətinin məlumatında bildirilib.

ATƏT sədri Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını söyləyib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri İvits Daçiç ötən gün Azərbaycanda olub. İyunun 3-də isə o, Ermənistana səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi