Baş konsul: "İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir"

Baş konsul: "İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir" Bakı. 13 fevral. REPORT.AZ/ İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir.
Region
13 Fevral , 2018 00:07
Baş konsul: İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir

Bakı. 13 fevral. REPORT.AZ/ İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir.

"Report" xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom Baş Konsulluğun İran İslam Respublikasının yaranmasının 39-cu ildönümü - İslam İnqilabı Günü münasibətilə Naxçıvanda təşkil etdiyi rəsmi qəbulda deyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi rəsmi qəbulda Azərbaycan və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib, "Qurani-Kərim"dən ayələr oxunub.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom İran İslam Respublikasının 1979-cu ildən ötən dövrdə keçdiyi yoldan və ölkəsinin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülən işlərdən danışıb. İran İslam Respublikası Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Həyata keçirilən qarşılıqlı səfərlərə diqqəti çəkən Baş konsul İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin artmasını, iqtisadi-ticarət əlaqələrinin genişlənməsini səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dost və qardaş İran xalqının milli bayramı – İslam inqilabının 39-cu ildönümü münasibətilə qardaş İran xalqını təbrik edib, İran dövlətinə inkişaf və tərəqqi arzulayıb.

Ali Məclisin sədri hazırda ölkələrimiz arasındakı münasibətlərin davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, səmimi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliklə çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: "İran-Azərbaycan əlaqələrinin uğurlu inkişafı bizi çox sevindirir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və ümumi işimizə böyük töhfədir".

Son xəbərlər

Orphus sistemi