Baş katib: “Türkiyə terror hücumuna ən çox məruz qalan NATO üzvüdür”

Baş katib: “Türkiyə terror hücumuna ən çox məruz qalan NATO üzvüdür” "Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlarını həll etmək hüququna sahibdir"
Region
13 Fevral , 2018 16:00
Baş katib: “Türkiyə terror hücumuna ən çox məruz qalan NATO üzvüdür”

Bakı. 13 fevral. REPORT.AZ/ “NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Zeytun budağı” əməliyyatını şərh edərkən deyib.

“Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququna sahibdir. Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik”, - o vurğulayıb. 

Yens Stoltenberq Türkiyə ilə ABŞ arasında müzakirələrin olmasından məmnun olduğunu deyib. O həmçinin Türkiyə ilə Rusiya arasında “S-400” raket əleyhinə müdafiə sistemi ilə bağlı müqaviləyə də münasibət bildirib: “Müqavilənin detallarının açıqlanması Türkiyədən asılıdır. Digər tərəfdən, Türkiyənin NATO-nun iki üzvü - İtaliya və Fransa ilə ortaq hava hücumundan müdafiə sistemini inkişaf etdirməsini də alqışlayırıq”. 

Qeyd edək ki, fevralın 14-də NATO-ya üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının toplantısı olacaq. Tədbirdə Türkiyənin müdafiə naziri Nurettin Canikli də iştirak edəcək. O, NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ-ın müdafiə naziri Ceyms Mettis və başqa nazirlərlə ikitərəfli görüş keçirəcək. 

Son xəbərlər

Orphus sistemi