Baş katib: "NATO qonşularına yardım edə bilər və edəcək"

Baş katib: "NATO qonşularına yardım edə bilər və edəcək" Varşava sammiti zamanı Gürcüstanın və Moldovanın müdafiə imkanlarının gücləndirilməsinə dəstək məsələsi müzakirə ediləcək
Region
4 İyul , 2016 16:44
Baş katib: NATO qonşularına yardım edə bilər və edəcək

Bakı. 4 iyul. REPORT.AZ/ "Qonşularımızın sabitliyi təhlükəsizliyimizi artırır. Buna görə də NATO qonşularına yardım edə bilər və edəcək də".

"Report" xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının iyulun 8-9-da Varşava keçiriləcək sammitinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sammit zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, Rusiya ilə münasibətlər müzakirə ediləcək, NATO-Ukrayna, NATO-Gürcüstan komissiyalarının iclası keçiriləcək.

Baş katib NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Əfqanıstana yardım göstərməyə, eləcə də bu missiya çərçivəsində 2020-ci ilədək maliyyə yardımına davam edəcəyini bildirib.

Y.Stoltenberq Varşava sammiti zamanı Gürcüstana və Moldovaya təzyiq göstərilməməsi və onların rahat şəkildə islahatlar aparmasına imkan yaratmaq üçün adıçəkilən ölkələrin müdafiə imkanlarının gücləndirilməsinə dəstək məsələsinin müzakirə ediləcəyini söyləyib. 

Son xəbərlər

Orphus sistemi