Baş katib: "NATO-nun Rumıniyadakı yeni bazası Rusiyaya qarşı yönəlməyib"

Baş katib: "NATO-nun Rumıniyadakı yeni bazası Rusiyaya qarşı yönəlməyib" Yens Stoltenberq: "İstər çoğrafi, istərsə də fiziki şərait Rusiyanın qitələrarası ballistik raketini vurmağımıza imkan vermir"
Region
12 May , 2016 12:34
Baş katib: NATO-nun Rumıniyadakı yeni bazası Rusiyaya qarşı yönəlməyib

Bakı. 12 may. REPORT.AZ/ "NATO-nun Rumıniya ərazisində istifadəyə veriləcək yeni "Raketdən Müdafiə Sistemi" bazasının Rusiya ilə heç bir əlaqəsi yoxdur və bu ölkəyə qarşı yönəlməyib".

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Buxarestdə Rumıniya prezidenti Klaus Yoahannislə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

O, NATO-nun bundan sonra da öz müdafiə imkanlarını genişləndirəcəyini deyib: "Alyans üzvlərinin bütün təhlükələrdən, xüsusilə ballistik raketlə bağlı təhlükələrdən azad olmasını istəyirik. Biz dövlətlərimizi mövcud bütün təhlükələrdən qorumağa hazırıq. Deveseludakı (Rumıniyadakı yeni baza - "REPORT") bazanın istifadəyə verilməsi, eləcə də Redzikovodakı bazanın işə başlaması bu istiqamətdə atılan növbəti mühüm addımlardır".

Baş katib qeyd edib ki, NATO bundan sonra da öz müdafiə imkanları inkişaf etdirəcək: "İstəyirik ki, alyans üzvləri bütün təhlükələrdən, xüsusilə ballistik təhlükələrdən özlərini azad hiss etsinlər. Biz öz dövlətlərimizi mövcud bütün təhlükələrdən qorumaga hazırıq və Deveseludakı bazanın istifadəyə verilməsi, həmçinin Redzikovodaki bazanın işə başlaması bu prosesdə növbəti mühüm addımlardır”.

Y.Stoltenberqin sözlərinə görə, yeni baza Rusiyanın nüvə arsenalına təhlükə yaratmır: "İstər coğrafi, istərsə də fiziki şərait Rusiyanın qitələrarası ballistik raketini vurmağımıza imkan vermir. Bizim raketdən müdafiə sistemlərimiz çox azdır. Onlar da Rusiya sərhədinə ya həddən artıq uzaq, ya da daha yaxın ərazidə yerləşib”.

Xatırladaq ki, bu gündən Rumıniyanın cənubunda yerləşən Deveselu şəhərində ABŞ-ın "Aegis Ashore" Raketə Qaşı Müdafiə Sistemi (RQMS) istifadəyə verilib. Mayın 13-də isə Polşanın şimalında yerləşən Redzikovo qəsəbəsində NATO-nun RQMS bazasının yaradılması ilə əlaqədar rəsmi mərasim keçiriləcək. Bu hərbi bazanın isə 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılıb. Redzikovo bazası "SM-3" raket-ələkeçirmə sistemi ilə təchiz olunacaq.

Son xəbərlər

Orphus sistemi