Tbilisi. 3 dekabr. REPORT.AZ/ “NATO Gürcüstanın Qara dənizdəki Sahil Mühafizəsi Xidmətinin və Hərbi Dəniz Qüvvələrinin inkişafına kömək göstərəcək”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Şura iclası öncəsi keçirdiyi mətbuat konfransında deyib.
“Biz Gürcüstanla birgə onun Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi, həmçinin sahil mühafizəsinin gücləndirilməsi üzərində iş aparırıq”, - deyə o bildirib.
Baş katib qeyd edib ki, sabah NATO-nun tərəfdaşı olan Gürcüstan və Ukrayna nümayəndələri ilə görüş keçiriləcək: “Gürcüstan və Ukrayna Rusiya tərəfindən ciddi təhlükəsizlik çağırışları ilə üzləşirlər. Biz hər iki ölkəyə praktiki və siyasi dəstək verməkdə davam edəcəyik”.