​Bakıda Türkiyə və Rusiya prezidentləri arasında görüş keçiriləcək

​Bakıda Türkiyə və Rusiya prezidentləri arasında görüş keçiriləcək Görüş iyunun 13-də "Bakı 2015" I Avropa Oyunlarının Açılış mərasimindən sonra baş tutacaq
Region
8 İyun , 2015 19:23
​Bakıda Türkiyə və Rusiya prezidentləri arasında görüş keçiriləcək

Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçiriləcək. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, görüş iyunun 13-də "Bakı 2015" I Avropa Oyunlarının Açılış mərasimindən sonra baş tutacaq.

Xəbərdə bildirilir ki, Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. V.Putin R.T.Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Söhbət əsnasında həmçinin tərəflərin şənbə günü Bakıda görüşmək barədə razılığa gəldiyi qeyd olunub. Hər iki liderin Bakıda ikitərəfli münasibətlər də daxil olmaqla, digər məsələləri müzakirə etməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi