Bakıda olan Rusiya hərbi gəmiləri Həştərxana qayıdıb

Bakıda olan Rusiya hərbi gəmiləri Həştərxana qayıdıb Bu, Rusiya Xəzər dəniz donanmasının gəmiləri üçün bu müddətinə görə rekord hərbi xidmət olub
Region
24 Avqust , 2015 15:55
Bakıda olan Rusiya hərbi gəmiləri Həştərxana qayıdıb

Bakı. 24 avqust. REPORT.AZ/ Rusiya Xəzər dəniz donanmasının gəmiləri, o cümlədən "Volqodonsk" və "Mahaçqala" kiçik artilleriya gəmiləri müddətinə görə rekord hərbi əməliyyatdan sonra Həştərxana qayıdıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər. 

"Bu, Rusiya Xəzər dəniz donanmasının gəmiləri üçün müddətinə görə rekord hərbi xidmət olub. Dənizçilər 22 gün ərzində səfərdə olub və 2 000 dəniz mili (təxminən 3 600 km) məsafə qət edib, 500-dən artıq təlim keçiblər", - məlumatda deyilir. 

Dəstə İran və Azərbaycanda olub. İranda manevr və gəmi dəstəsinin intensiv gəmiçilik şəraitində idarə olunması üzrə birgə təlimlər keçirilib. 

Səfərdə Rusiya gəmilərinin ekipajı quruda və dənizdə hədəfə hərbi artilleriya atəşi yerinə yetirməklə təlimlər keçib. 

Son xəbərlər

Orphus sistemi