Yuxarı
    Bağlamaq

    BAEA Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək

    Oktyabrın 31-dən noyabrın 7-dək Astanada Qazaxıstanın nüvə infrastrukturunun kompleks icmalı üzrə missiya baş tutacaq

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri Qazaxıstanın nüvə infrastrukturunu dəyərləndirəcək.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Bakıtjan Caksaliyev məlumat verib.

    Belə ki, oktyabrın 31-dən noyabrın 7-dək Astanada BAEA-nın nümayəndələri və ekspertlərinin iştirakı ilə Qazaxıstanın nüvə infrastrukturunun kompleks icmalı üzrə missiya baş tutacaq.

    B.Caksaliyev atom-energetika inkişaf proqramları və reallaşdırılan nüvə infrastrukturu proqramları, o cümlədən sənayedə nüvə texnologiyasından istifadə üzrə Qazaxıstana obyektiv qiymət veriləcəyini ümid etdiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi