BAEA: "İran "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmalıdır"

BAEA: "İran "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmalıdır" Rəsmi Tehranın öhdəliklərini tam yerinə yetirməsindən sonra BAEA İdarə Heyətinə ayrıca hesabat təqdim olunacaq
Region
15 Dekabr , 2015 17:50
BAEA: İran altılıqla razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmalıdır

Bakı. 15 dekabr. REPORT.AZ/ "Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranı "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmağa çağırır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri agentliyin baş direktoru Yukiya Amano BAEA İdarə Heyətinin iclasında deyib.

Onun sözlərinə görə, rəsmi Tehran öhdəliklərini tam yerinə yetirdikdən sonra BAEA İdarə Heyətinə ayrıca hesabat təqdim olunacaq.

Y.Amano eyni zamanda qeyd edib ki, İranın birgə geniş tədbirlər planı çərçivəsində təminat və digər öhdəliklərlə bağlı əlavə protokol normalarını necə yerinə yetirməsinə nəzarət etmək əlavə maliyyə vəsaitlərinin cəlb olunmasını tələb edir. Baş direktor müvafiq hesabatları 2016-cı ilin yanvarında təqdim edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi