Azərbaycanın XİN başçısının müavini ATƏT-in Ermənistandakı ofisinin bağlanması məsələsini şərh edib

Azərbaycanın XİN başçısının müavini ATƏT-in Ermənistandakı ofisinin bağlanması məsələsini şərh edib "ATƏT-in Yerevan ofisinin Ermənistan-Azərbaycan münaqişəsinin aspektlərinə toxunmamasını tələb edirdik"
Region
6 May , 2017 12:23
Azərbaycanın XİN başçısının müavini ATƏT-in Ermənistandakı ofisinin bağlanması məsələsini şərh edib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Ermənistandakı ofisinin bağlanması məsələsini şərh edib.

"Report" xəbər verir ki, A.Əlizadə ATƏT-in Yerevan ofisinin bağlanmasının Azərbaycanın legitim tələblərinə əsaslandığını bildirib.

"ATƏT-in Yerevan ofisinin Ermənistan-Azərbaycan münaqişəsinin aspektlərinə toxunmamasını tələb edirdik. Bu məsələ qaldırılmışdı və nəticə olaraq Avstriya sədrliyi müəyyən addımlar atdı. Lakin Ermənistan tərəfi buna razılıq vermədi. Belədə Avstriya və ATƏT-in digər üzvləri narazılıqlarımızı qəbul edərək belə qərara gəldilər ki, bu halda Yerevan ofisi fəaliyyətini davam edə bilməz. Proses artıq başlayıb və təxminən 3 ay sonra başa çatacaq", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi