Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı bölgənin qubernatoru illik hesabat təqdim edib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı bölgənin qubernatoru illik hesabat təqdim edib Tbilisi. 29 dekabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili ilin yekunlarına dair hesabatını təqdim edib.
Region
29 Dekabr , 2018 16:14
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı bölgənin qubernatoru illik hesabat təqdim edib

Tbilisi. 29 dekabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili ilin yekunlarına dair hesabatını təqdim edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, qubernator 2018-ci ildə bölgənin rayon və kəndlərində prioritet sahələr üzrə reallaşdırılmış layihələr barədə ətraflı məlumat verib.

Ş.Rexviaşvili bildirib ki, 2018-ci ildə bölgədə ümumi dəyəri 56,1 mln. lari olan 311 infrastruktur layihə həyata keçirilib: “Bu ildə 132,4 kilometr uzunluqda yol bərpa olunub. Bərpa işlərinə 29,7 milyon lari məbləğində vəsait ayrılıb. Təkcə Qardabani rayonunda 23 uşaq bağçası olmaqla, il ərzində ümumilikdə 37 uşaq bağçası yenidən qurulub. “Millenium Challenge” Fondu tərəfindən 13 məktəb əsaslı formada bərpa olunaraq, maddi-texniki bazaları yenilənib”.

Qubernator su təminatı, qazlaşdırma və digər sahələrdə görülmüş işlər barədə də danışıb.

O, həmçinin Kvemo Kartli bölgəsinin inkişaf etdirilməsi istiqamətində 2019-cu ildə həyata keçirilməsi planlaşdırılan layihələrə də toxunub.

Onun sözlərinə görə, gələn il bölgədə infrastrukturun yenidən qurulması və bərpası işlərinə ayrılmış vəsait builki vəsaitdən təxminən 3 dəfə çox olacaq: “177 milyon lari məbləğində vəsait əsasən, yol infrasturkutunun təmir və bərpası üçün nəzərdə tutulub”.

Ş.Rexviaşvili qeyd edib ki, gələn il Kvemo Kartlidə turizm sahəsi iqtisadi inkişaf planında əsas yerlərdən birini tutacaq: “2019-cu ildə 9 yerdə turist obyektləri, piknik yerləri və digər istirahət obyektləri inşa olunacaq. Marneuli rayonunda isə turizm informasiya mərkəzinin tikintisi ilə bağlı işlər davam etdiriləcək”.

Təqdimat mərasimində mərkəzi və yerli idarəetmə orqanlarının rəhbərləri, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Savalan Mirzəyev, digər rəsmi şəxslər, QHT və media nümayəndələri ilə yanaşı, yerli sakinlər də iştirak edib. 

Son xəbərlər

Orphus sistemi