Yuxarı
    Bağlamaq

    Azərbaycanlı tələbələr Tbilisidə keçirilən beynəlxalq müsabiqədə iştirak edirlər

    Qaliblər 2017-ci ildə ABŞ-da keçiriləcək finala vəsiqə qazanacaqlar

    Tbilisi. 5 dekabr. REPORT. AZ/ Tbilisi Texniki Universitetində “Cənubi Qafqaz ölkələri tələbələrinin beynəlxalq proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək yarışmada bir neçə ölkədən, eləcədə, Azərbaycanın 6 universitetindən tələbələr iştirak edirlər.

    Tələbələr proqramlaşdırma üzrə bilik və bacarıqlarını sınayırlar. Qaliblər 2017-ci ildə ABŞ-da keçiriləcək finala vəsiqə qazanacaqlar.

    Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Natiq Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, müsabiqənin əsas məqsədi proqramlaşdırma sahəsində yenilikləri, qarşıda duran müasir tələbləri öyrənmək, onların həlli yollarını tapmaq, əməkdaşlıq əlaqələri qurmaqdır. Müsabiqənin 1/4 mərhələsi hər bir ölkənin öz daxilində təşkil olunub. Qalib gələn 15 komanda yarımfinala vəsiqə qazanıb. Azərbaycandan Bakı Dövlət, ADA, Qafqaz, Azərbaycan Texniki, Azərbaycan Dövlət Neft və Sənaye və Azərbaycan universitetlərinin komandaları yarımfinala vəsiqə qazanıblar.

    Müsabiqənin direktoru, Gürcüstan Texniki Universitetinin professoru Teodor Zarkuya isə bildirib ki, bu cür tədbirlər Cənubi Qafqaz ölkələri və digər dövlətlərin elm ocaqları, eləcə də tələbələri arasında münasibətlərin qurulmasında və inkişafında mühüm rol oynayır.

    Müsabiqənin yarımfinal mərhələsinə dekabrın 6-da yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi