Yuxarı
    Bağlamaq

    Azərbaycanlı sahibkarlar Ryazan vilayətinin qubernatoruna şikayət ünvanlayıblar

    İlham Seyidov: Biznesimi davam etdirmək üçün vəsaitim yoxdur, ailəm acdır

    Moskva. 8 fevral. REPORT.AZ/ Ryazandan olan azərbaycanlı sahibkarlar vilayətin qubernatorunun şikayət ünvanlayıblar.

    "Report"un Moskva müxbirinin verdiyi məlumata görə, həmvətənlərimiz işlədikləri bazarda sanksiyalaşdırılmamış axtarış və malların müsadirəsindən narazıdırlar.

    Xatırladaq ki, 2016-cı ilin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları "Rosselxoznadzor"un yerli idarəsinin nümayəndələri ilə birgə Ryazan şəhərinin topdan meyvə-tərəvəz bazasına bir neçə reyd keçirib. Tədbirlər nəticəsində 15 azərbaycanlı satıcıdan Rusiya Federasiyasına idxalına icazə verilməyən külli miqdarda meyvə və tərəvəz müsadirə edilib.

    Reydlərin sonunda müvafiq aktlar tərtib edilib. Satıcılar aktların qanunsuz olaraq tərtib edildiyini iddia edib və aktlarının çoxunun eyni nömrəli olduğunu, orada yazılanların oxunmayan xətlə yazıldığını bildiriblər. Azərbaycan sahibkarlar bütün malları Moskvadakı məşhur "Fudsiti" topdansatış bazasından aldıqlarını və onlarda müvafiq sənədlərin olduğunu iddia edir.

    Zərərçəkən satıcılardan biri, Rusiya vətəndaşı İlham Seyidovun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bazar işçilərinə qarşı kobud davranıb, onların qarşı tərəfdən müvafiq sənədlərinin olmasını göstərməyi tələb etmək hüququnu pozub.

    "Bizə çox böyük ziyan dəyib. Biznesimi davam etdirmək üçün vəsaitim yoxdur, ailəm acdır. Kimə müraciət etmək, günahkarı harada axtarmaq lazım olduğunu bilmirəm" - sahibkar bildirib.

    Yekunda zərərçəkmişlər həqiqəti yuxarı qurumlarda axtarmaq məcbiruyyətində qalıb və yardım üçün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ryazan bölməsinin sədri Samir Qarayevə müraciət ediblər.

    "Zərərçəkmiş azərbaycanlılar mallarının müsadirə edildiyi günün axşamı hüquq-mühafizə orqanlarının elə həmin əməkdaşlarının evlərinə əllərində böyük meyvə zənbilləri ilə getdiyini gördüklərini iddia edirlər. Bu faktlar Yeni il öncəsi ailələri vəsaitsiz qalan azərbaycanlıları daha da qəzəbləndirir" - S.Qarayev bildirib.

    O, həmçinin iş adamlarının şikayətlərinin vilayət qubernatoru Oleq Kovalyova və vilayətin sahibkarların hüquqlarının qorunması üzrə səlahiyyətli nümayəndəsi Yeqor Burtsevə yönləndirildiyi qeyd edib.

    Məsələ ilə bağlı Ryazan rayonunun hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə yaratmaq mümkün olmayıb.

    "Rosselxoznadzor"un rəsmi nümayəndəsi Yuliya Melano isə bildirib ki, bu məsələni ryazanlı həmkarları ilə müzakirə edib. Onun sözlərinə görə, reydlər Ryazan vilayətinin hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə həyata keçirilib, "Rosselxoznadzor" əməkdaşları isə yalnız ekspert kimi iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi