​Azərbaycanlı şagirdlər Türkiyədə uşaq festivalına qatılıb

​Azərbaycanlı şagirdlər Türkiyədə uşaq festivalına qatılıb Tədbirdə 35 ölkədən 500-ə yaxın şagird iştirak edir
Region
27 May , 2015 18:43
​Azərbaycanlı şagirdlər Türkiyədə uşaq festivalına qatılıb

Bakı. 27 may. REPORT.AZ/ “Türkiyə bizim üçün daha böyük bir dövlət oldu. Amacımız hər kəsin türkcə danışması, insanların Türkiyəni sevməsidir".

"Report" Türkiyə KİV-inə istindən xəbər verir ki, bunu Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən Türkiyənin Bağcılar bələdiyyəsinin ev sahibliyi etdiyi 21-ci Türk Dünyası Uşaqlar Festivalında içtirak edən azərbaycanlı şagird Cəmilə Osmanova deyib.

Məlumata görə, festivala 35 ölkədən 500-ə yaxın şagird qatılıb.

Bağcılar bələdiyyəsinin sədri Loğman Çağırcı tədbirlə bağlı bunları deyib: "Gələcəyimiz olan sizlər türk coğrafiyasının hər yerindən olan qardaşlarımızla tanış olmaq, biri-birinə qaynayıb-qarışmaq, Türkiyəni tanımaq üçün burdasınız".

Digər azərbaycanlı şagird Tamilla Danyarbəyli bunları söyləyib: "Yeganə arzum Türk Dünyası və hamımızın birlikdə olmasıdır. Böyük bir dövlət quraq, hamımız bir yerdə olaq".

Azərbaycan Atatürk Liseyinin şagirdi Arzu Quliyeva isə bunları deyib: "13 nəfərlik bir heyətlə bura gəlmişik. Məqsədimiz türk qardaşlığını daha da möhkəmləndirmək, qardaşlarımzı yaxından tanımaqdır".

Qeyd edək ki, bu ənənənin bünövrəsini vəqfin mərhum qurucusu Turan Yazqan qoyub.  

Son xəbərlər

Orphus sistemi