​Azərbaycanlı məşhur iş adamının Moskvadakı mülkiyyəti satışa çıxarılıb

​Azərbaycanlı məşhur iş adamının Moskvadakı mülkiyyəti satışa çıxarılıb "VTB" onun aktivlərinin satışa çıxarılmasına şərh verməkdən imtina edib
Region
10 Dekabr , 2015 16:08
​Azərbaycanlı məşhur iş adamının Moskvadakı mülkiyyəti satışa çıxarılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Andrey Kostinin "VTB" Qrupu Telman İsmayılıova məxsus "AST" Qrupunun mülkiyyətini satışa çıxarıb.

"Report" xəbər verir ki, bu haqda "Forbes" jurnalı məlumat yayıb.

Məlumata görə, bura tanınmış azərbaycanlı iş adamının Moskvadakı "Praqa" restoranı, "Tropikano" ticarət-mərkəzi daxildir. Bundan başqa, Rusiya paytaxtında Şərqi İzmaylovodakı binalar kompleksi də "VTB"yə daxil olan Moskva Bankında kredit üçün girov qoyulub.

Xəbərdə bildirilib ki, "VTB" T.İsmayılovun aktivlərinin satışa çıxarılmasına şərh verməkdən imtina edib.

Qeyd edək ki, T.İsmayılov bir müddət öncə Moskva vilayəti Arbitraj Məhkəməsinə müflis elan olunması ilə bağlı ərizə ilə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi