Bakı. 12 Avqust. REPORT.AZ/ Dərbəndin istefa vermiş meri İmam Yaraliyevin səlahiyyətlərinin icraçısı vəzifəsinə azərbaycanlı Azadi Rəhimov təyin olunub.
"Report" xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İmam Yaraliyev çərşənbə axşamı, avqustun 11-də öz istəyi ilə Dərbənd rəhbəri və deputatların şəhər məclisinin sədri səlahiyyətlərinin dayandırması haqqında qərar imzalayıb. Həmin qərarla Azadi Rəhimov Dərbənd merinin səlahiyyətlərinin icraçısı təyin edilib.