Azərbaycanlı deputat: "Kaxa Kaladze birinci turda Tbilisinin meri seçiləcək"

Azərbaycanlı deputat: "Kaxa Kaladze birinci turda Tbilisinin meri seçiləcək" "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının Siyasi Şurası Tbilisi meri vəzifəsinə Kaxa Kaladzenin namizədliyi irəli sürülüb
Region
1 İyul , 2017 14:36
Azərbaycanlı deputat: Kaxa Kaladze birinci turda Tbilisinin meri seçiləcək

Tbilisi. 1 iyul. REPORT.AZ/ Gurcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının Siyasi Şurasının iyulun 1-də keçirilən iclasında Tbilisi şəhərinin meri vəzifəsinə baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin namizədliyi irəli sürülüb.

Bunu "Report"un Gürcüstan bürosuna müsahibəsində parlamentin deputatı Mahir Dərziyev bildirib. 

O deyib ki, K.Kaladze Gürcüstanın ictimai-siyasi həyatında böyük nüfuza malik siyasətçidir: "Onu təkcə Gürcüstanda deyil, dunyada, eləcə də qardaş Azərbaycanda da yaxşı tanıyırlar. O, bütun sahələrdə özünü dogruldub və Tbilisi şəhərinin meri vəzifəsinə də layiq olduğunu sübut edib". 

Deputatın sözlərinə görə, digər partiyalar da Tbilisi şəhərinin meri vəzifəsinə öz namizədlərinin adlarını açıqlayıblar. Lakin onların içərisində bu vəzifəyə ən layiqli namizəd Kaladzedir: "Mən əminəm ki, Kaxa Kaladze bu seçkilərdə elə birinci turda qalib gələcək".

Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilərdə bələdiyyələrlə yanaşı Tbilisi şəhərinin meri də seçiləcək. Yeni qanunvericiliyə əsasən Tbilisi şəhərinin meri 4 illiyinə seçiləcək. Seçkilərin vaxtını Gürcüstan prezidenti yaxın vqxtlarda elan edəcək.

Son xəbərlər

Orphus sistemi