Azərbaycanla Gürcüstan arasında quru sərhədin mühafizəsi layihəsi imzalanıb

Azərbaycanla Gürcüstan arasında quru sərhədin mühafizəsi layihəsi imzalanıb Layihə iki ölkənin sərhəd qurumlarının əməkdaşlığının inkişafını nəzərdə tutur
Region
28 Noyabr , 2014 18:31
Azərbaycanla Gürcüstan arasında quru sərhədin mühafizəsi layihəsi imzalanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramını və Avropa İttifaqının birgə “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsinin təqdimat və imzalanma mərasimi keçirilib.

BMT-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihənin köməyi ilə iki ölkə arasında yaşıl sərhəddə əsasən təhlükəsizlik məsələlərini əhatə edəcək layihə çərçivəsində əlaqələndirilmiş tədbirlər mexanizminin yaradılması və tətbiqi üçün Azərbaycan və Gürcüstanın sərhəd orqanlarının birgə fəaliyyətləri daha da inkişaf etdiriləcək.

Eyni zamanda layihə Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Sərhəd Polisi arasında əməkdaşlığın gücləndirilməsi, quru sərhəd mühafizə və nəzarət prosedurlarının təkmilləşdirilməsi, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramları hazırlanacaq və müasir infrastrukturun yaradılaraq yüksək texnologiyalı avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi