Azərbaycanla Acarıstan MR arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Acarıstan MR arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub Baş konsul səylərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib
Region
26 Dekabr , 2016 15:45
Azərbaycanla Acarıstan MR arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi. 26 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili ilə görüşüb.

Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan, xüsusən də Acarıstan Muxtar Respublikası arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Prezident İlham Əliyevin Azərbaycanda elmin və təhsilin inkişafına böyük önəm verdiyini vurğulayan baş konsul, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı səylərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

R.İsmayılov bu ilin aprelində Batumi şəhərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustavelli Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalandığını xatirladıb, bu mübadilələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Nazir İnqa Şamilişvili Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib, ölkələrimiz arasında təhsil sahəsində münasibətlərin genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi