Azərbaycanın və Gürcüstanın sərhəd xidmətləri arasında əməkdaşlığa dair memorandum imzalanacaq - FOTO

Azərbaycanın və Gürcüstanın sərhəd xidmətləri arasında əməkdaşlığa dair memorandum imzalanacaq - FOTO Bu ilin aprel ayında Azərbaycanın və Gürücstanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın görüşü keçiriləcək
Region
27 Fevral , 2017 19:44
Azərbaycanın və Gürcüstanın sərhəd xidmətləri arasında əməkdaşlığa dair memorandum imzalanacaq - FOTO

Tbilisi. 27 fevral. REPORT.AZ/ Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Gürcüstanın Sərhəd Polisinin rəisi, general Dato Nikoliaşvili, səfir Dursun Həsənov fevralın 27-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil qoyublar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, DSX-nin rəis müavini, general-leytenant Fərhad Tağızadə səfərlə bağlı jurnalistlərə müsahibə verib.

O deyib ki, Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri bu ölkənin sərhəd polisinin dəvəti əsasında reallaşdırılıb. Səfər çərçivəsində DSX rəisi, general-polkovnik Elçin Quliyev Gürcüstanın Daxili İşlər Naziri Qeorqi Mqebrişvili, sərhəd polisinin və patrul xidmətinin rəisləri ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri, hüquq-mühafizə orqanları arasında əlaqələr, bəzi sahələr üzrə konkret fəaliyyət istiqamətləri müzakirə olunub.

Hər iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə olunub.

F.Tağızadənin sözlərinə görə, görüşlərdə sərhədlərin delimitasiya və demarkasiyası məsələləri diqqət mərkəzində olub. O deyib: “Bu günədək sərhədlərimizin təqribən 65 faizi delimitasiya olunub. Qalan sahələr üzrə məsləhətləşmələr və müzakirələr davam edir. Bu ilin aprel ayında Azərbaycanın və Gürücstanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın görüşü keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi