Yuxarı

Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulluq xidmətinin “Facebook” səhifəsi istifadəyə verilib

​Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulluq xidmətinin “Faceboo

Azərbaycanın Gürcüstandakı səfirliyinin Konsulluq xidmətinin “Facebook” sosial şəbəkəsində səhifəsi istifadəyə verilib.

Bu barədə “Report”un yerli bürosuna səfirlikdən məlumat verilib.

Səhifənin yaradılmasında məqsəd konsulluq xidmətləri ilə bağlı yenilikləri təqdim etmək, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına lazımi məlumatları əldə etməyə və xarici ölkə vətəndaşları üçün Azərbaycan Respublikasının ərazisinə səfərlə bağlı viza və digər sənədlərin əldə olunmasına köməklik etmək, onlarla təmasda olmaq və suallarını cavablandırmaqdır.

Sözügedən səhifəyə aşağıdakı linkdən daxil olmaq olar:

https://m.facebook.com/azembassy.gecons/

Qeyd edək ki, səfirliyin Konsulluq xidməti həftənin bazar ertəsi - cümə günləri səhər saat 09:00-dan 12:30-dək vətəndaşların qəbulunu və həmin günlər saat 16:00-dan 17:30-dək hazır sənədlərin təhvil verilməsini həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi