Tbilisidə simpoziumda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu müzakirə olunub - FOTO

Tbilisidə simpoziumda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu müzakirə olunub - FOTO Gürcüstann paytaxtı Tbilisidə Qafqaz bölgəsində regional enerji təhükəsizliyi mövzusuna həsr olunmuş simpozium keçirilib.
Region
19 Aprel , 2019 21:35
Tbilisidə simpoziumda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu müzakirə olunub - FOTO

Gürcüstann paytaxtı Tbilisidə Qafqaz bölgəsində regional enerji təhükəsizliyi mövzusuna həsr olunmuş simpozium keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Gürcüstanın Xarici İşlər Nazirliyinin Levan Mikeladze adına Diplomatik Təhsil və Araşdırma İnstitutunda təşkil olunub.

"Naval Postgraduate School’s Energy academic Group" və NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzinin maliyyə dəstəyi ilə baş tutan simpoziumun əsas məqsədi regional enerji təhlükəsizliyinin, regional koordinasiya və əməkdaşlığın gücləndirilməsidir.

Simpoziumda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib. O, Azərbaycanın regional və Avropanın enerji təhlükəsizliyindəki rolu, regionda ölkənin təşəbbüskarı və əsas iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli layihələr barədə danışıb.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini yerinə yetirən Ross Uilson, digər diplomatlar və energetika sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

İştirakçılar toplantı çərçivəsində NATO-nun enerji təhlükəsizliyindəki rolu, kibertəhlükəsizlik, böyük əhəmiyyət kəsb edən enerji infrastrukturunun mühafizəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi