Yuxarı
    Bağlamaq

    Azərbaycandan qaçaqmalçılıq yoluyla Dağıstana aparılan kənd təsərrüfatı məhsullarının idxalının qarşısı alınıb

    Saxlanılan yükün ümumi çəkisi 58 tona bərabər olub

    Bakı. 5 mart. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstan Respublikasındakı İdarəsi Azərbaycandan qaçaqmalçılıq yoluyla Dağıstana aparılan kənd təsərrüfatı məhsullarının idxalının qarşısını alıb. Saxlanılan yükün ümumi çəkisi 58 tona bərabər olub.

    "Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İdarənin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, kənd təsərrüfatı məhsulları partiyasında məhsulların Türkiyə mənşəli olduğunu göstərən qeyd təsbit edilib. Digər partiyalarda isə ümumiyyətlə heç bir qeyd olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi