Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb Ötən ay Azərbaycandan Gürcüstana 1,67 mln. dollar pul köçürülüb.
Region
15 İyul , 2019 14:48
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1,67 mln. dollar pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmində 3,92% artım qeydə alınıb. Azərbaycandan Gürcüstana daxil olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 1,16% təşkil edib.

İyun ayında Gürcüstana xarici ölkələrdən daxil olan pul köçürmələrinin ümumi həcmi 143,6 mln. dollar təşkil edib ki, bu məbləğ də illik müqayisədə 8,5 mln. dollar və ya 6,3% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 17,5 mln. dollar pul köçürülüb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu həcm 2,2%, yaxud 17,9 mln. dollar azalıb.

Son xəbərlər

Orphus sistemi