Azərbaycandan ekstradisiya edilmiş Rusiya vətəndaşı Suriyadakı döyüşlərdə iştirak etdiyinə görə məhkum edilib

Azərbaycandan ekstradisiya edilmiş Rusiya vətəndaşı Suriyadakı döyüşlərdə iştirak etdiyinə görə məhkum edilib Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın Volqoqrad vilayətində yerli sakin Suriyada döyüşlərə qatıldığına görə həbs edilib.
Region
15 Noyabr , 2017 15:57
Azərbaycandan ekstradisiya edilmiş Rusiya vətəndaşı Suriyadakı döyüşlərdə iştirak etdiyinə görə məhkum edilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın Volqoqrad vilayətində yerli sakin Suriyada döyüşlərə qatıldığına görə həbs edilib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

İstintaqın məlumatına görə, Voljski şəhər sakini 2014-cü ilin əvvəlində Suriyaya gedib və ailəsini də özü ilə aparıb. O, orada silahlı qruplaşmalardan birinə qatılıb və yaraqlıların nəzarət etdiyi ərazilərin qorunması və Suriya hökumət qoşunlarına hücumlarda fəal iştirak edib. 2014-cü ilin aprel ayında yaralanan şəxs əvvəlcə Türkiyəyə, oradan da Azərbaycana gedib. Rusiya vətəndaşı iki il sonra məhz Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq Rusiyaya ekstradisiya olunub.

Müttəhim ittihamları qəbul edib. Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi