​Azərbaycandakı zəlzələ Gürcüstanda da hiss edilib

​Azərbaycandakı zəlzələ Gürcüstanda da hiss edilib İrakli Şiolaşvili: "Yeraltı təkanlar nəticəsində Kaxetiyada dağıntı baş verməyib"
Region
4 Sentyabr , 2015 12:25
​Azərbaycandakı zəlzələ Gürcüstanda da hiss edilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Gürcüstan-Azərbaycan sərhədindən 56 km aralı ərazidə baş verən zəlzələ Gürcüstanda hiss edilsə də, dağıntılara səbəb olmayıb.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Kaxetiyanın qubernatoru İrakli Şiolaşvili bildirib.

Onun sözlərinə görə, bölgənin çeşidli yaşayış məntəqələrindən zəlzələnin baş verməsi haqda xəbərlər daxil olmaqdadır: "Bununla belə, yeraltı təkanlar nəticəsində Kaxetiyada dağıntı baş verməyib".

Gürcüstanın fövqəladə hallar idarəsinə də zəlzələ ilə bağlı xəbərlər daxil olmayıb.

Gürcüstanın İlya adına Dövlət Universitetinin Seysmologiya monitorinqi mərkəzi yeraltı təkanların gücü ilə bağlı məlumatlar toplayır.

Qeyd edək ki, yeraltı təkanları Ermənistan paytaxtı Yerevan da daxil olmaqla ölkənin bir sıra rayonlarında hiss edilib. Ermənistan KİV-in məlumatına əsasən, zəlzələnin gücü çeşidli bölgələrdə 2 - 5 bal gücündə qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi