Azərbaycand​a və bir neçə ölkədə orqan qaçaqmalçılığında ittiham olunan İsrail vətəndaşı İstanbulda tutulub - FOTO - VİDEO

Azərbaycand​a və bir neçə ölkədə orqan qaçaqmalçılığında ittiham olunan İsrail vətəndaşı İstanbulda tutulub - FOTO - VİDEO Onunla birlikdə 7 israilli keçmiş sovet respublikalarında orqan qaçaqmalçılığı və onun qanunsuz transplantasiyası ilə məşğul olmaqda ittiham edilir
Region
4 Dekabr , 2015 16:38
Azərbaycand​a və bir neçə ölkədə orqan qaçaqmalçılığında ittiham olunan İsrail vətəndaşı İstanbulda tutulub - FOTO - VİDEO

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan və digər bir neçə ölkədə insan orqanının qaçaqmalçılığında ittiham olunan və İnterpol xətti ilə barəsində beynəlxalq axtarış elan edilən İsrail vətəndaşı Boris Volfman Türkiyədə tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, İstanbulda yerli Qaçaqmalçılığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, onunla birlikdə 7 israilli keçmiş sovet respublikalarında və Şərqi Avropa ölkələrində orqan qaçaqmalçılığı və onun qanunsuz transplantasiyası ilə məşğul olmaqda ittiham edilir.

Cinayət işi üzrə materiallara əsasən, Boris Volfmanın da üzv olduğu dəstə 2008-2014-cü illərdə Kosovo, Azərbaycan, Türkiyə, Şri-Lankada orqan donorları axtarmaq və xəstəxanalarda qanunsuz orqan köçürmələri ilə məşğul olublar.

Son xəbərlər

Orphus sistemi