Azərbaycana sığınan Ermənistan vətəndaşının anasını Yerevanda maşın vurub

Azərbaycana sığınan Ermənistan vətəndaşının anasını Yerevanda maşın vurub Hadisə nəticəsində onun bud sümüyünün çanaqla birləşən hissəsi sınıb
Region
8 Oktyabr , 2015 15:27
Azərbaycana sığınan Ermənistan vətəndaşının anasını Yerevanda maşın vurub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycana sığınan Ermənistan vətəndaşı, hüquq müdafiəçisi Vaan Martirosyanın anası Cülyetta Virabyanı Yerevanda maşın vurub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində C.Virabyanın bud sümüyünün çanaqla birləşən hissəsi sınıb.

Xəbərdə bildirilib ki, həkimlər müayinədən sonra əməliyyatla bağlı qərar verəcək.

Xatırladaq ki, sentyabrın 17-də Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan həyat yoldaşı və iki yaşlı oğlu ilə birlikdə Azərbaycana sığınıb.

O, Bakıda keçirdiyi mətbuat konfransında Ermənistanda qalan ailə üzvlərinə təzyiq ediləcəyini bildirmişdi.

Bu səbəbdən öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanı tərk etmək qərarına gəldiyini demişdi. V.Martirosyan Beynəlxalq Qırmızı Xaç Komitəsindən ailəsinə yardım etməsini istəmişdi.

Sentyabrın 21-də isə Vaan Martirosyanın həyat yoldaşının anası çalışdığı hərbi hospitaldakı vəzifədən çxarılıb. Onun qaynanası Anait Qasparyan 2015-ci ilin sentyabrın 17-dək Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hərbi Hospitalında işləyib.

Son xəbərlər

Orphus sistemi