Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar Aviasiya qüvvələri sabah səhər yenidən alovun söndürülməsinə başlayacaqlar
Region
22 Avqust , 2017 23:30
Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar
"Report"

Tbilisi. 22 avqust. REPORT.AZ/ Gürcüstan hökumətinin üzvləri meşə yanğınlarının olduğu əraziyə gediblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət üzvləri və əlaqədar təşkilatların rəhbərləri hazırda hadisə yerindədirlər.

Azərbaycan, Türkiyədən gələn helikopterlər, eləcə də Belarus və Türkiyədən göndərilmiş xilasedici təyyarələr meşə yanğınlarının söndürülməsində fəal iştirak edirlər. Məhz onların köməkliyi ilə yanğının üz istiqamətdən yayılmasının qarşısını almaq mümkün olub. Bununla belə yanğının miqyası çox böyükdür. Ağır texnika və yanğınsöndürənlər bütün gecəni işlərini davam etdirəcəklər. Aviasiya qüvvələri isə sabah səhər yenidən alovun söndürülməsinə başlayacaqlar.

Azərbaycandan gələn digər qüvvələr də avqustun 23-də yanğının söndürülməsi prosesinə qoşulacaqlar. Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan, Türkiyə və Belarusdan gələn yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlıq edib.

Xatırladaq ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi bu ölkəyə yola düşüb. Onların bir hissəsi artıq Gürcüstandadır. 

Son xəbərlər

Orphus sistemi