Azərbaycan XİN: "Azərbaycana qarşı siyasət yürüdən qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər"

Azərbaycan XİN: "Azərbaycana qarşı siyasət yürüdən qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər" Hikmət Hacıyev: "Azərbaycan müstəqil daxili və xarici siyasətini davam etdirəcək"
Region
12 Oktyabr , 2017 20:46
Azərbaycan XİN: Azərbaycana qarşı siyasət yürüdən qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər
Report.az

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".

"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. 

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasəti yürüdən bəlli qruplar ölkəmizi uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər" - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi