Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Tbilisidə qeyd olunub Tbilisi. 28 may. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi Gürcüstan paytaxtında qeyd olunub.
Region
28 May , 2018 20:00
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Tbilisidə qeyd olunub

Tbilisi. 28 may. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi Gürcüstan paytaxtında qeyd olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin AXC-nin Tbilisidə ilk dəfə elan olunduğu tarixi binada təşkil etdiyi yubiley tədbirində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, dovlət və hökumət üzvləri, parlamentin deputatları, diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, habelə bu ölkədəki Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək, AXC-nin yaranması, 1918-ci il mayın 28-də bu tarixi binada qəbul olunmuş qərarların əhəmiyyətindən danişıb. Diplomat qısa dövrdə AXC-nin qəbul etdiyi tarixi qərarlar, yaratdığı beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Sovet hakimiyyətinin qurulması ilə AXC-nin süquta uğradığını vurğulayan diplomat xalqımızın müstəqillik arzusunun heç zaman yenilmədiyini, 1992-ci ildə müstəqilliyinə yenidən qovuşduğunu, ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində bu müstəqilliyin möhkəmləndiyini diqqətə çatdırıb.

Sonra Gürcüstanın baş naziri Georgi Kvirikaşvili çıxış edərək, Azərbaycan dövlətini və xalqını bayram munasibətilə təbrik edib. Baş nazir Azərbaycan-Gürcüstan münasibətlərindən danışıb.

Çıxışlarda Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən geniş bəhs olunub, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.

Sonra Azərbaycanın ilk müstəqillik bəyannaməsi oxunub

Son xəbərlər

Orphus sistemi